Prezidentdən xəbərdarlıq: "Etimadımı doğrultmasanız, sizi çox ciddi cəza gözləyir" - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.
BAKU.WS xəbər verir ki, dövlət başçısı yeni icra hakimlərinə tapşırıq və tövsiyyələrini verib:
"Əgər vətəndaşlar sizin işinizdən razı olsa, mən də razı olacam. Sizin fəaliyyətinizə yüksək qiymət verəcəm.
Əgər yox, mənim etimadımı doğrultmasanız, onda sizi çox ciddi cəza gözləyir. Əminəm ki, bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhəri və Hacıqabul rayonunun inkişafında öz töhfənizi verəcəksiniz".
Oxşar xəbərlər
Prezidentin icra başçısı təyin etdiyi Rüstəm Xəlilov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Gülabba oğlu Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edib....