Parlamentin işində passivlik göstərən deputatlarla necə davranılmalıdır? - VİDEO

Parlamentin işində passivlik göstərən deputatlarla necə davranılmalıdır? - VİDEO
Video
Video 431

Bu bir gerçəklikdir ki, bəzi deputatlar olduqca passivdirlər. Ya ümumiyyətlə iclaslara qatılmırlar, ya da az iştirak edirlər, mediadan, öz seçicilərindən uzqdırlar, kommunikasiya vasitələrindən istifadə edə bilmirlər. Bəs bu cür şəxslərin deputat mandatını daşıması nə dərəcədə ədalətlidir və onların mandatının əllərindən alınması üçün qanunvericilikdə hər hansı bir dəyişikliyə ehtiyac varmı?

BAKU.WS xəbər verir ki, İTV-nin "Diqqət Mərkəzi-Yekun" proqramında parlamentin işində passivlik göstərən deputatlar müzakirəyə çıxarılıb.

Proqramda Millət vəkili Fazil Mustafa qanunvericilikdə bununla bağlı hər hansı bir hüquqi mexanizmin olmadığıını bildirdi:

"Deputatların qiymətləndirilməsində iki meyara baxmaq lazımdır. Birinci cəmiyyətdə passiv görünən deputatların bir qismi beynəlxalq arenada ən aktiv şəkildə Azərbaycanın maraqlarını müdafiə edənlərdir. Ola bilsin ki, daxili auditoriyada kimlərsə daha fəaldır və seçicinin problemlərinə qayğı göstərən, onunla maraqlanan bir obrazda fəaliyyət göstərir. Bu da vacibdir. Amma hamının daxili auditoriyada hansısa bir funksiyanı üzərinə götürmək imkanı olmur. Bizə daha çox ixtisaslaşmış, beynəlxalq platformada diplomatik yetənəkə sahib olan millət vəkillərinin olması da vacibdir".

Son xəbərlər