Parlament hansı halda buraxıla bilər? - Fazil Mustafa danışır - AÇIQLAMA

Parlament hansı halda buraxıla bilər? - Fazil Mustafa danışır - AÇIQLAMA
Siyasət 1583

YAP-ın Siyasi Şurasının təcili iclasında sensasion qərar qəbul edilib.

BAKU.WS xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

Məsələ ilə bağlı BAKU.WS deputat Fazil Mustafaya müraciət edib. O, bildirib ki, iki ay müddətində növbədənkənar parlament seçkiləri keçirilməlidir:

"Konstitusiyaya görə, parlamentin buraxılmasının iki forması var. Birinci baş nazir təqdim olunanda ona 3 dəfə etiraz olunarsa, prezident onu buraxa bilər. İkincisi, parlamentdə çoxluğu təşkil edən partiya və ya bəlli bir sayda deputatların üçdə ikisi istefa ərizəsi yazaraq, onda avtomatik olaraq buraxıla bilər.

Parlament buraxıldıqdan sonra, iki ay müddətində növbədənkənar parlament seçkiləri keçirilməlidir".

Son xəbərlər