“Adımız, Andımız, Qürurumuz!”- Bayraq Gününə özəl sənədli film - VİDEO

“Adımız, Andımız, Qürurumuz!”- Bayraq Gününə özəl sənədli film - VİDEO
Video
Video 8684
BAKU.TV 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar sənədli film hazırlayıb.BAKU.WS xəbər verir ki, “Adımız, Andımız, Qürurumuz!” adlı filmdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, Dövlət Bayrağımızın qəbul olunmasından bəhs edilib.Həmçinin, 90-cı illərin əvvəlində Azərbaycanın yenidən müstəqilliyini əldə etməsi, bayrağımızın yenidən ucalarda dalğalanmasına nəzər yetirilib.Bundan başqa, hələ Azərbaycan müstəqilliyini əldə etməmişdən, 1990-cı il 17 noyabrda Ümumilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisində cəsarətli addım ataraq üçrəngli bayrağımızı Naxçıvan muxtar respublikasının bayrağı kimi qəbul etməsi haqqında da danışılıb.Filmdə 1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında təkbaşına 5 gün ermənilərə qarşı döyüşən Natiq Qasımovun qəhrəmanlığından da bəhs edilib. O, Azərbaycan bayrağını 5 gün ac-susuz müdafiə etmişdi. 22 nəfərin güllələnməməsi üçün təslim olanda da bayrağı əlində tutmuşdu.Sonda Azərbaycan bayrağının müxtəlif idman yarışlarında, siyasi arenalarda yüksəklərdə ucalmasından məlumat verilib.Son olaraq Prezident İlham Əliyev tərəfindən 2009-cu ildə 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunması və Prezidentin sitatı təqdim edilib:“Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaq. Eşq olsun Azərbaycan bayrağına! Yaşasın Azərbaycan!”.

Oxşar xəbərlər

Türkiyəli tanınmışlardan möhtəşəm Azərbaycan Dövlət Bayrağı Günü təbriki - VİDEO

Türkiyəli tanınmışlardan möhtəşəm Azərbaycan Dövlət Bayrağı Günü təbriki - VİDEO

Bu gün Azərbaycan Dövlət Bayrağı Günüdür.BAKU.WS xəbər verir ki, Türkiyənin tanınmış siyasi, ictimai xadimləri, sənət adamları bu münasibətlə Azərbaycan xalqını...

989 Video 09:28 09 noyabr 2019

Son xəbərlər