SİZİN REKLAM BURADA!
055 213 76 73


Mələk adlı gənc qadın qucağında 11 aylıq körpəsilə "Səni axtarıram" proqramına gələrək uşağı sığınacağa vermək istədiyini bildirib. 

BAKU.WS
xəbər verir ki, qadın ilk evliliyindən iki uşağı olduğunu, qucağındakı uşağı ikinci evliliyindən dünyaya gətirdiyini deyib.

Ərindən şiddət gördüyünü deyən Mələk işləmək istədiyini, lakin uşağa baxacaq kimsəsinin olmadığı üçün sığınacağa vermək məcburiyyətində qaldığını söyləyib.

Qazaxda yaşayan qadın hazırda Bakıda kirayə tutduğu evdə yaşayır və kirayə pulunu verə bilmir.
 
Verilişə gələn zəng hər kəsi təəccübləndirib. Telefon bağlantısı yaradan tamaşaçı efirə çıxan qadın haqqında bəzi faktlar ortaya qoyub:

"O xanımın iki uşağı var. O iki uşağını atdı, öz xalası qızının evini yıxdı. O çox axmaq şeydi. Yaxşı ana olsaydı balalarını atmazdı. Onun həyat yoldaşı gəlib uşaqlarını əlindən alıb apardı. İndi orada ağlayıb yardım istəyir. Hər istəyən ora çıxıb yardım istəməməlidir. Elələrinə yardım heç düşmür!"
 
Mələk izləyicinin söylədiklərini təkzib edib. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO