Öz ərindən deyil, başqa kişidən uşağı olan gəlin: "Heç kəsin üzünə baxa bilmirəm" - VİDEO
30
may
2019
16:42
Azərbaycanda qayınana öz gəlinini aldadaraq başqa kişidən süni mayalama etdirib və uşaq dünyaya gətizdirib. BAKU.WS xəbər verir ki, Elminə adlı gənc qadın Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinə gələrək öz dərdini danışıb.Elminə ailə qurduqdan 4 il sonra ana olub. Hamilə qalması üçün qayınanası onu həkimə aparıb, müayinələr və müalicələr etdirib. Lakin süni mayalandırma ilə hamilə qaldığı barədə məlumatı olmayıb. Qayınanasının ondan xəbərsiz süni mayalandırma etdiyini deyən qadın, ərinin uşağın atası olmadığını qayınanasından eşitdiyini bildirib. Əri ilə münasibətləri pozulduqdan sonra uşağı götürüb evdən çıxanda qayınana deyib ki, uşaq sənin ərindən deyil."Bunu biləndən sonra heç kəsin üzünə baxa bilmirəm. Hətta 102-yə zəng vurub dedim ki, başıma elə oyunlar gətiriblər. özümü öldürmək istəyirəm".Elminənin "Səni axtarıram"a çıxmaqda məqsədi uşağının öz ərindən olub-olmasını dəqiqləşdirmək üçün DNT analizi istəyir. Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
ŞOK! İki dəfə ərdə olan azərbaycanlı qadın Türkiyədə qız adı ilə ərə getdi - VİDEO
Əfsanə adlı qadın atasının axtarışına çıxıb.BAKU.WS xəbər verir ki, 25 yaşlı qadın üzünü görmədiyi atasını "Səni axtarıram" proqramında axtarmağa qərar verib. A...