"O, öz xalası qızının ailəsini dağıdıb" - Tamaşaçının zəngi hər kəsi ŞOK ETDİ - VİDEO
29
okt
2019
15:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mələk adlı gənc qadın qucağında 11 aylıq körpəsilə "Səni axtarıram" proqramına gələrək uşağı sığınacağa vermək istədiyini bildirib. BAKU.WS xəbər verir ki, qadın ilk evliliyindən iki uşağı olduğunu, qucağındakı uşağı ikinci evliliyindən dünyaya gətirdiyini deyib.Ərindən şiddət gördüyünü deyən Mələk işləmək istədiyini, lakin uşağa baxacaq kimsəsinin olmadığı üçün sığınacağa vermək məcburiyyətində qaldığını söyləyib.Qazaxda yaşayan qadın hazırda Bakıda kirayə tutduğu evdə yaşayır və kirayə pulunu verə bilmir. Verilişə gələn zəng hər kəsi təəccübləndirib. Telefon bağlantısı yaradan tamaşaçı efirə çıxan qadın haqqında bəzi faktlar ortaya qoyub:"O xanımın iki uşağı var. O iki uşağını atdı, öz xalası qızının evini yıxdı. O çox axmaq şeydi. Yaxşı ana olsaydı balalarını atmazdı. Onun həyat yoldaşı gəlib uşaqlarını əlindən alıb apardı. İndi orada ağlayıb yardım istəyir. Hər istəyən ora çıxıb yardım istəməməlidir. Elələrinə yardım heç düşmür!" Mələk izləyicinin söylədiklərini təkzib edib. Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Bakıda gənc anadan utanc addım: Körpəsini dayənin üstünə atıb qaçdı - VİDEO
Bakıda gənc ana öz körpə uşağını dayənin üstünə atıb, aradan çıxıb.BAKU.WS xəbər verir ki, dayə ananı tapıb uşağı qaytarmaq üçün "Səni axtarıram" proqramına gəl...