71 yaşlı qadın kişilərin belə çətinlik çəkdiyi işi görür - VİDEO
16
dek
2018
09:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
71 yaşı olmasına baxmayaraq, kişilərin belə çətinliklə öhdəsindən gəldiyi işi görür.Mingəçevir sakini Nabat Əliyeva 50 il öncə zavodlardan birinə iş üçün müraciət edib. Ona qadınlara uyğun boş yer olmadığı və yalnız krançı vəzifəsininvakant olduğu deyilib. Nabat Əliyeva da təkliflə razılaşıb və 3 ay sonra rahat şəkildə kran idarə etməyə başlayıb.27 il zavodda həyat yoldaşı ilə birgə çalışan qadına "Kişi Nabat" və "Krançı Nabat" təxəllüsləri verilib.Həmin illər ərzində zərif cinsin nümayəndəsi işinin öhdəsindən layiqincə gəlib. Maraqlı məqam odur ki, bir çox kişilər bu sahədə çalışmaqdan imtina etsələr də, gənc qadın orada 30 ilə yaxın fəaliyyət göstərib.İşlədiyi illərdə xeyli şagird hazırladığını deyən qadın müasir kranların əvvəlkilərlə müqayisədə çox rahat idarə edildiyini bildirir.BAKU.WS
Oxşar xəbərlər
Təhsil Nazirliyi: Kişilərin pedaqoji sahəyə marağı getdikcə artır
Müəllimlərin və direktorların işə qəbulu müsabiqəsinin nəticələrinə görə, pedaqoji sahəyə kişilərin marağı getdikcə artır.BAKU.WS Trend-ə istinadən bildirir ki,...