Təhsil Nazirliyi: Kişilərin pedaqoji sahəyə marağı getdikcə artır

Təhsil Nazirliyi: Kişilərin pedaqoji sahəyə marağı getdikcə artır
Sosial 515
Müəllimlərin və direktorların işə qəbulu müsabiqəsinin nəticələrinə görə, pedaqoji sahəyə kişilərin marağı getdikcə artır.BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib.Nazirlik rəsmisi deyib ki, Bakıda qadın, bölgələrdə kişi direktorlar çoxdur.M.Camalzadə əlavə edib ki, İnsan Resursları Mərkəzi tərəfindən müəllim və direktorların gender balansı inzibati formada tənzimlənmir: “Yəni hansısa rayon üzrə qadın, yaxud kişilərin müsabiqəyə təşviq edilməsi üçün iş aparılmır. Ümumilikdə isə ölkədə təhsil sistemində qadınların payı kişilərdən daha çoxdur. Amma müəllimlərin və direktorların işə qəbulu müsabiqəsinin nəticələrinə görə, bu sahədə kişilərin sayının artması tendensiyası var, pedaqoji sahəyə kişilərin marağı getdikcə artır”.Azərbaycanda gənclərin təhsil sahəsində işləməyə marağının artdığını deyən M.Camalzadə qeyd edib ki, son 5 il ərzində Azərbaycanda təhsil sahəsində 30 minə yaxın gənc işə qəbul edilib.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Təhsil Nazirliyindən məktəb direktoru olmaq istəyənlərə VACİB XƏBƏR!

Təhsil Nazirliyindən məktəb direktoru olmaq istəyənlərə VACİB XƏBƏR!

Bu il ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul zamanı namizəddən esse yazmaq tələb olunmayacaq.BAKU.WS-in Trend-ə istinadən məlumatına görə,...

519 Sosial 17:32 22 noyabr 2018

Son xəbərlər