Azərbaycanda 67 yaşlı nənə: "İdmançıyam, maşının təkərin özüm dəyişirəm" - VİDEO
25
okt
2017
09:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
40 ildən çoxdur ki, sürücülük edən Şamaxı sakini haqda ARB TV-də maraqlı reportaj yayımlanıb.
67 yaşlı Şamaxı sakininin gördüyü işləri eşidənlərin matı-mutu quruyur. Uzun illər müəllim kimi fəaliyyət göstərən Qüreyş Məmmədova bəylərin belə çətinliklə öhdəsindən gəldiyi işləri bacarır. Şamaxının ilk qadın sürücüsü sayılır. Qüreys Məmmədova – Sürücü: “Şamaxıda hamı mənə birtəhər baxırdı. Çünki ilk qadın sürücü idim. Özüm-özümü itirirdim. Təəccüblə baxırdılar. Bakının özündə də maşın sürən qadın az idi”. İlk başlarda valideynləri onun sürücülük etməsinin əleyhinə olsa da dərs dediyi məktəbin uzaq olması onları da yola gətirib. Həm də qızlarının uşaqlıqdan sürücülüyə maraq göstərdiklərini bildikləri üçün ona “Vaz 21-01” markalı avtomobil alıblar. Adilə Dəmirova – Rəfiqəsi: “Biz kukla ilə oynayanda o maşınla oynayırdı.Gah plastilindən adam düzəldib maışının içinə qoyurdu”. Daha sonra “VAZ 21 011”, “06”, “07” kimi markaları dəyişərək 67 yaşında gəlib çatıb "Niva"ya. İndi avtomobilindən çox razıdır. Çünki sürücülük edə-edə əməlli başlı avtomobil mütəxəssisi olub. Oturduğu evi belə özü tikən 67 yaşlı Qüreyş nənə nəvəli nəticəli xoşbəxt ömür sürür. Onu ən çox xoşbəxt edən isə avtomobilidir. Onunla keçən zamanın sürətinə ayaq uydurmağa çalışır. BAKU.WSOxşar xəbərlər
Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 4 nəfər yaralandı (VİDEO)
Şamaxıda ölümlə nəticələnən dəhşətli qəza baş verib. Hadisə bu gün saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsin...