FHN əməkdaşları insanları son anda ölümdən belə xilas edirlər - VİDEO

04
sen
2019
15:51
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları baş verə biləcək hadisələrə vaxtında müdaxilə edə bilmək üçün mütəmadi olaraq təlimlər keçirir. BAKU.WS xəbər verir ki, çətin vəziyyətlərdə insanları xilas etməyi özlərinə borc bilən yanğınsöndürənlər bunun üçün gecə-gündüz çalışır. Odun, alovun içərisinə girən FHN əməkdaşları operativ şəkildə xilasetmə əməliyyatları həyata keçirir. Sosial şəbəkələrdə paylaşılan təlim görüntüləri yanğınsöndürənlərin necə çətin peşə sahibi olduqlarını bir daha göstərir. Binadan yaralını sürətlə aşağı endirir, onu təcili yardım briqadasına təhvil verirlər. Yanğın hadisələri zamanı hər saniyə insan həyatı üçün çox vacibdir. Məhz ona görə də operativlik bu işdə xüsusi əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Yanğın zamanı böyük darvaza yanğınsöndürənlərin üzərinə aşdı - VİDEO
10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məl...
