SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dondurmaya qonaq edib. 

BAKU.WS xəbər verir ki, Rusiyanın Voloqda şəhərində təşkil edilən “MAKS-2019” aviasiya və kosmos sərgisində görüşən prezidentlərin gəzintisi maraqlı anlarla yadda qalıb. 

Dondurma almağı ənənə halına gətirən Putin bu dəfə də ənənəsini pozmayıb. Ərdoğana Voloqda dondurması alan Putin özü üçün şokoladlı, vanilli dondurma seçib. 

210 rubl qiymətindəki dondurmalar üçün satıcıya 5 min rubl verən Putinə Ərdoğan zarafatla "Mənim də dondurmamın pulunu ödəyəcəksən?" sualını ünvanlayıb. Putin isə cavabında "Ödəyəcəyəm, sən qonaqsan" cavabını verib.

Putin dondurma üçün verdiyi pulun xırdasının sənaye və ticarət naziri Denis Manturova verilməsini istəyib və bunları bildirib: "Pulun xırdasını Denis Manturova verin ki, aviasiya sənayesinin inkişafına xərcləsin". Manturov isə gülərək "Səxavətinizə görə təşəkkür edirəm" cavabını verib.
BAKU.WS
VİDEO