Putin Ərdoğana dondurma aldı - VİDEO

Putin Ərdoğana dondurma aldı - VİDEO
Video
Video 953
Rusiya Prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dondurmaya qonaq edib. BAKU.WS xəbər verir ki, Rusiyanın Voloqda şəhərində təşkil edilən “MAKS-2019” aviasiya və kosmos sərgisində görüşən prezidentlərin gəzintisi maraqlı anlarla yadda qalıb. Dondurma almağı ənənə halına gətirən Putin bu dəfə də ənənəsini pozmayıb. Ərdoğana Voloqda dondurması alan Putin özü üçün şokoladlı, vanilli dondurma seçib. 210 rubl qiymətindəki dondurmalar üçün satıcıya 5 min rubl verən Putinə Ərdoğan zarafatla "Mənim də dondurmamın pulunu ödəyəcəksən?" sualını ünvanlayıb. Putin isə cavabında "Ödəyəcəyəm, sən qonaqsan" cavabını verib.Putin dondurma üçün verdiyi pulun xırdasının sənaye və ticarət naziri Denis Manturova verilməsini istəyib və bunları bildirib: "Pulun xırdasını Denis Manturova verin ki, aviasiya sənayesinin inkişafına xərcləsin". Manturov isə gülərək "Səxavətinizə görə təşəkkür edirəm" cavabını verib.

Oxşar xəbərlər

Putin Ərdoğana "Su-57" qırıcısını göstərib - VİDEO

Putin Ərdoğana "Su-57" qırıcısını göstərib - VİDEO

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana beşinci nəsil "Su-57" qırıcısını göstərib. BAKU.WS xəbər verir ki, olay "Maks-2019" adl...

787 Siyasət 15:11 27 avqust 2019

Son xəbərlər