Tural Yusifov Hövsan yolundakı biabırçılığı çəkdi, AAYDA-nı sərt tənqid etdi - VİDEO

09
iyl
2019
14:46
Radioaparıcı Tural Yusifov özünün sosial şəbəkə hesabında Bakının Hövsan yolunda tikilən və yarımçıq qalan yerüstü keçidləri çəkərək tənqid etdiyi videogörüntü paylaşıb.BAKU.WS xəbər verir ki, T.Yusifov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 ildir işləri yarımçıq saxladığını və həmin qəsəbənin sakinlərinin keçiddən istifadə edə bilmədiklərini söyləyib.Aparıcı eyni zamanda, keçidlərdə əlillər, uşaq arabaları üçün hərəkətin nəzərə alınmadığını qeyd edib.AAYDA-nın mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yerüstü keçidlər həmin yolla birgə quraşdırılır və təmir edilir:“Həmin yol üçün 2015-ci ildə ilkin maliyyə ayrılıb və 2018-ci ilədək işlər görülüb. Daha sonra büdcədən vəsait ayrılmadığı üçün 2018-ci ildə tikinti-təmir işləri dayandırılıb. Bu il üçün də vəsait ayrılmayıb, növbəti ildə bu layihəyə büdcədən maliyyə ayrılması üçün israrla təklif irəli sürəcəyik”.
Oxşar xəbərlər
Təmir başa çatdı - Yollar AÇILDI
Biləcəri dairəsi ətrafında aparılan təmir-tikinti işləri yekunlaşıb.Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Ana...
