VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gündür itkin düşmüş Zəhra dünən tapılaraq ailəsinə təhvil verilib. Belə ki, 3 yaşlı uşaq Masallı rayon sakini Təzəgül Nəzərova tərəfindən qaçırılaraq diləndirilib. 

BAKU.WS
qafqazinfo-ya istinadən xəbər verir ki, bu məqamda Bağırovlar ailəsində qonaq olub və hadisənin təfərrüatları ilə maraqlanıb.

Zəhranın atası Rəsul Bağırov bildirib ki, qızının itkin düşməsi ilə bağlı məlumatı işdə olan zaman ailə üzvlərindən alıb:

“Axşam saat 18:00 radələri olardı. Evdən zəng vurdular ki, saat 3-dən Zəhra tapılmır. Mağazaya gedib, ondan sonra da onu görən olmayıb. Təşvişə düşdük, polisə xəbər verdik, sosial şəbəkələr, KİV vasitəsilə xalqa müraciət ünvanladıq.


Daxili İşlər Nazirliyi, bizə kömək edən bütün xalqımıza minnətdaram. Hərə nə xəbər olsa, Zəhraya oxşayan uşaq görsə, şəklini çəkib göndərirdi. Və polis o izlərlə Zəhranı dünən Neftçilər metrosunun yaxınlığında tapıb gətirdi.

Dilənçi yanında gəzdirirdi. Qızımın da nitq qüsuru olduğundan bir söz deyə bilməyib. Camaatın yazığı gəldiyi üçün qadına pul verib. Həmin qadını heç vaxt görməmişik. O Masallıdandır, özü də Təzə Bazarın yanında qaldığını deyir. Mənə elə gəldi ki, həmin qadın ruhi xəstədir. Yəqin ki, dalında duran kimsə var ki, bunu edir. Yaxınlıqda yaşayan bir şəxsin də şəkli yayılmışdı, onu narahat etdiyimiz üçün üzr istəyirəm. Uşağını məktəbə aparan zaman çəkilən şəkildi.


Zəhra istiqanlı uşaqdır. Tanımadığı insana belə o dəqiqə yaxınlaşır. Soruşuruq nə etdiz? Deyir, maşına minib, gəzməyə gedib. Gəzməyi çox sevir deyə bu iki gün ona maraqlı gəlib”.

Zəhranın anası Cəmilə Hüseynova qızının itməsində onu günahlandıranlara səslənib:

“Mən də xəbəri eşidəndə işdəydim.Tez evə qaçdım. Allah heç kimə göstərməsin, nə çəkdim bir Allah bilir. Çoxu deyir ki, ana məsuliyyətsiz olub. Ancaq ana imkansızlıqdan çörək dalınca gedib. Başına gəlməyən bilməz. Heç bir ana övladının belə bir hadisə ilə üzləşməyini istəməz. Uşağa böyük bacısı baxırdı adətən, vəziyyət elə gətirdi ki, iki günlük kiçik bacısının yanında qoymalı olduq. Uşaq da bayıra çıxmağa həvəslidir. Bir anlıq diqqətsizlikdən bu hadisə baş verib”.

BAKU.WS
VİDEO

QALEREYA