12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


“Space” telekanalının “Hər Səhər” verilişində xoşagəlməz hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, müğənni Rüfət Axundov səhər verilişində mahnı ifa edərkən söyüş işlətməsi efirə düşüb. Mikrofonların bağlı olduğunu zənn edən müğənni Rüfət Axundov və Rəşad İlyasov mahnının sözlərini dəyişərək biabırçı ifadələr işlədib.

Bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra böyük səs-küyə səbəb olub. 

Space TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Milli Teleradio və Radio Şurası (MTRŞ) tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, 5 aprel tarixində kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib. Faktla bağlı iş məhkəməyə göndərilib.

Videoda etikadan kənar ifadələr işlənir. 

BAKU.WS