VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son vaxtlar bölgələrdə unun qiymətində artım müşahidə olunur. 50 kiloqramlıq kisədə 2-3 manat artım var.

Xezerxeber.az-ın məlumatına görə, bölgələrdə unun qiyməti qalxıb.

Yevlaxda alıcılar deyirlər ki, son 10-15 gündə un bahalaşıb. Onların sözlərinə görə, 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manat 50 qəpik- 2 manata yaxın artım müşahidə edilir.

Satıcılar isə qiymət artımını un firmalarının üzərinə atırlar, məhsulu baha aldıqları üçün baha satmağa məcbur olduqlarını deyirlər.

Zaqatalada da unun qiymətində 2 manata yaxın artım var. Satıcıların sözlərinə görə, qiymətlər 1 həftə əvvəl qalxıb.

Un Qubada da bahalaşıb. 50 kiloqramlıq un kisəsinin qiymətində 2 manat, bəzilərində isə 3 manata yaxın artım var.

Rayonda fəaliyyət göstərən un istehsalı müəssisələrindən də bildiriblər ki, taxıl bahalaşdığı üçün bu, unun da qiymətinə təsir edib.
 
BAKU.WS