SİZİN REKLAM BURADA!
055 213 76 73



Biz hansısa tarixi hadisə ilə maraqlandıqda ilk olaraq internetə müraciət edirik. Baş Zəyzid kəndinin sakinlərini isə hər hansı tarixi hadisəni axtardıqda və ya araşdırdıqda gündəliklərə müraciət edirlər. Kənd haqqında internetdə belə tapa bilməyəcəyiniz məlumatları bu gündəliklərdən əldə etmək mümkündür.

ARB TV xəbər veir ki, bu gündəliklərin müəllifi Şəki rayonu Baş Zəyzid kəndinin sakini 67 yaşlı İrşad Yusifovdur. O, 19 yaşından başlayaraq iştirak etdiyi bütün hadisələri qələmə alır.

İrşad Yusifovdur – Baş Zəyzid sakini: “Gündəliyimi yazıb öz əmək haqqımı özüm hesablayırdım. Müdir müəyyən işləri məndən soruşurdu”.

İrşad Yusifovun gündəliklərində kənddə baş verən toy-yas mərasimləri, qəzalar, təbiət hadisələri və s. öz əksini tapıb. 100-ü ötən bu gündəlikdən həm özü, həm də kənd əhalisi faydalanır.

İrşad Yusifovdur – Baş Zəyzid sakini: “Elə adamlar var ki, atasının rəhmətə getdiyi vaxtı bilmir, gəlib məndən soruşur. Dolu yağıb, tərəzidə çəkisinə baxıb qeyd etmişəm”.

Bu qeydləri aparmaq İrşad Yusifova heç də asan başa gəlmir.

İrşad Yusifovdur – Baş Zəyzid sakini: “Bu iş səbr, dözüm, düzgünlük tələb edir. Burda yalan olmaz”

O həvəslə yaşatdığı bu ənənəni yenə də davam etdirmək niyyətindədir. Gündəliyində hələki sonuncu qeyd: ARB-nin çəkiliş qrupuna müsahibə verməsidir.

BAKU.WS