VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Avqust ayının 13-də Novxanı qəsəbəsi ərazisində yaşayan şəxslərin və uşaqların gözü önündə sahibsiz küçə itlərini küləvi şəkildə qırıblar.

BAKU.WS
xəbər verir ki, güllələndikdən sonra itlərin cəsədi dövlət nişanı olmayan yük maşınlarına yığılaraq ərazidən aparılıb.

Bu haqda məlumatı Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyi və Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin üzvləri tərəfindən verilib.

İctimai Birliyin üzvü Fərid Mansurov gülələnən itlərin arasında İdea (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən peyvəndləri vurulmuş və qısırlaşdırılmış 12 itin də olduğu bildirib: "Bu itlər sakinlər üçün heç bir təhlükə yaratmadıqları kimi, xəstəlik daşıyıcısı da deyildilər. Küçə itləri ilə yanaşı sahibləri olan heyvanlar da öldürülüb.

F.Mənsurovun sözlərərinə görə bu tədbirlərlə bağlı göstərişi Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova verib, Novxanı bələdiyyə rəhbəri, sahə müvəkkili isə icra edib:

"Biz faktla bağlı polisə müraciət etsək də heç bir reaksiya verilmədi. Daha sonra biz Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin 30-a yaxın üzvü ilə Daxili İşlər Nazirliyinin Abşeron Rayon polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdik.

Lakin yalnız mənim ərizəm qəbul olundu. Bu qədər əngəllərlə qarşılaşdığımız üçün hesab edirəm ki, bu hadisə elə bir başa Abşeron Rayon icra hakiminin təşəbbüsü ilə baş verib. Əks halda bu qədər ciddi müqavimətlə üz-üzə gələməzdik”.

BAKU.WS