Azərbaycanda ilk dəfə parkinson xəstəsi xüsusi metodla əməliyyat olundu (VİDEO)

Azərbaycanda ilk dəfə parkinson xəstəsi  xüsusi metodla əməliyyat olundu (VİDEO)
Video
Video 7775
Azərbaycanda ilk dəfə parkinson xəstəsi cərrahi müdaxilə yolu ilə (Dərin Beyin Stimülasiya metodu ilə) əməliyyat edilib. BAKU.WS-in məlumatına görə, bu çətin əməliyyatda uzman Nevroloq Kənan Cəfərov, uzman beyin cərrahı Rasim Babayev və Prof. Dr. Ersoy Kocabıçak iştirak edib. Əməliyyat 2 hissədən ibarətdir. 1-ci mərhələdə beyində hədəf nöqtələrin, yəni kordinatlar müəyyən edilir. 2-ci mərhələdə isə yerli anesteziya altında 3-4 saat ərzində beyinə 2 ədəd metalik elektrod yerləşdirilir. Döş qəfəsində əzələ altına batareya yerləşdirilir və elektrodlarla əlaqələndirilir. Nəticədə, dərmanlar əvəzinə elektrik impulslarla xəstənin bütün şikayətləri aradan qaldırılır. Əməliyyatda nevroloq, beyin cərrahı, anestezioloq, reanimatoloq və psixiatr iştirak edir. Əməliyyat 3-5 saat ərzində həyata keçirilir. Əməliyyatdan 1 gün sonra batareya aktiv hala gətilir və cihaz işə salındıqda xəstənin titrəməsi dayanır. Əzələlərdəki sərtliklər və hərəkətlərdəki yavaşlama, yerimə çətinliyi düzəlir. Qeyd edək ki, Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir. PH-ın rast gəlmə tezliyi 65 yaşdan sonra artır, lakin 35 ilə 50 arasında da rast gəlinə bilər. Yaş artdıqca tezlik artır bu da PH'ın yaşla əlaqəsini təsdiq edir. 35-50 yaşlarda rast gəlinir (daha çox kişilərdə). 85% sporadik, 10-15% ailəvi, 5% genetikdir. Təhlükəli xəstəliklər qrupuna aiddir. Ən çox bilinən əlaməti hərəkət pozulmasıdır. Üç əsas əlamətdə (istirahət tremoru, əzələlərdə gərginlik (rigidlik) və bradikineziya) PH diaqnozunu rahatlıqla qoymaq olar. Duruşun pozulması tarazlığın itməsinə gətirib çıxarır. PH xəstələrinin 85%'ində tremor rast gəlinir. Tremor olmadığı zaman diaqnoz qoymaq çətinləşir. Maska üz, önə əyik duruş, göz qırpmanın azalması, qolların sallanmasının çətinləşməsi (gərgin olur) başlanğıc dönəmin tablosunu tamamlayır. Başlanğıc gücsüzlük və yorğunluq, inkordinasiya, ağrı və narahatlıq hissi də ola bilər. Ayaqları sürüyərək və qısa addımlarla xarakterik yeriş və bütün bədəni ilə birlikdə dönmə PH'ın vacib əlamətlərindəndir. Başın bükülməsi, gövdənin əyilməsi və yuxarıdaki əlamətlər motor əlamətlərdir. ŞahinBAKU.WS

Son xəbərlər