11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı - Azərbaycanda ŞOK
13
fev
2018
21:48
Azərbaycanda 11 yaşlı oğlan uşağı qarında dəhşətli ağrılar, ürəkbulanma şikayətləri ilə həkimə müraciət edib. BAKU.WS medicina.az-a istinadən xəbər verir ki, müayinə nəticəsində məlum olub ki, uşağın qaraciyərində 12 sm ölçüdə qurd kistası - Exinokokk vardır. Bir müddət dərman müalicəsi aldıqdan sonra cərrahi əməliyyat aparılıb. Həkimlərin səyi nəticəsində qaraciyərin 7-8 seqmentində diafraqmaya bitişik yerləşən nəhəng kistanı çətin cərrahi texniki üsullarla xaric etmək mümkün olub. Uğurlu əməliyyatdan 3 gün sonra uşaq evə yola salınıb.Uşaq üçün olduqca böyük hesab olunan Exinokokun orqanizmə ev heyvanları ilə təmasdan yoluxduğu təxmin olunur.BAKU.WS
Oxşar xəbərlər
3 yaşında ayağına batan yad cisim 63 il sonra çıxarıldı - Bakıda unikal əməliyyat (VİDEO)
Paytaxt Bakıda fəaliyyət göstərən klinikalardan birində unikal cərrahiyyə əməliyyatı keçirilib.BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, xəstənin 3 yaşında...