Evdar qadınları SEVİNDİRƏCƏK XƏBƏR - Yanvarın 1-dən...
Gələn ildən dövlət büdcəsində ayrılmaların azalması fonunda icbari tibbi sığorta (İTS) sistemi üzrə yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək.
BAKU.WS- in məlumtına görə, indiyə qədər işsiz şəxslər üçün ödənişləri dövlət qarşılayırdısa, 2026-cı ildən bəzi kateqoriyalar sığorta haqlarını özləri ödəməli olacaqlar.
Qanuna təklif edilən dəyişikliklərə əsasən, əmək qabiliyyəti olduğu halda rəsmi gəlir göstərməyən şəxslər hər ay minimum əməkhaqqının 4 faizi həcmində – hazırkı hesablamaya görə 16 manat – icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu, gəlirini qeyri-rəsmi əldə edən, lakin əmək münasibətlərində iştirak etməyən bütün vətəndaşlara şamil olunacaq.
Dəyişikliklər sosial həssas qrupları əhatə etmir. Aşağıdakılar ödənişdən azad olunacaq:
Əlilliyi olan şəxslər
Pensiyaçılar
Uşaqlar.
Bundan başqa, evdar və şəxsi gəliri olmayan qadınların sığortası yenə də dövlət vəsaiti hesabına həyata keçiriləcək. Bu kateqoriyaya aid şəxslərin sığorta məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək. İcbari tibbi sığorta ilə bağlı yeni mexanizm və ödəniləcək məbləğ isə qarşıdakı günlərdə məlum olacaq.
Qeyd edək ki, 2026-cı ildən icbari tibbi sığorta modeli daha fərdiləşdirilmiş maliyyələşmə prinsipi ilə fəaliyyət göstərəcək. Bu, vətəndaşların öz öhdəliklərini daha aydın görməsinə və sistemin maliyyə dayanıqlığının gücləndirilməsinə hesablanıb.
Oxşar xəbərlər
Günəşdə güclü partlayış qeydə alındı - 2025-ci il REKORD həddə
Bu gün, dekabrın 1-i səhər saatlarında Günəşdə ən yüksək X sinifinə aid güclü partlayış baş verib. BAKU.WS xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin ba...