SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur videobloger Hüseyn Əzizoğlunun avtomobili cərimə meydançasına aparılıb. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, blogerə məxsus "10 SL 019" dövlət nömrə nişanlı "Niva" avtomobilində konstruksiya dəyişikliyi olub. 

Avtomobilə quraşdırılmış ksenon işıqlar, bu avtomobil üçün nəzərdə tutulmamış fara və əlavə stoplar, eyni zamanda 25%-lik plyonka və bir neçə digər avadanlıqlar qanunda nəzərdə tutulmuş qaydalara ziddir. 

Hüseyn Əzizoğlu BAKU.WS-ə açıqlamasında avtomobilinin cərimə meydançasına aparıldığını təsdiqləyib. DYP-dən də bildirilib ki, həmin "10 SL 019" dövlət nömrə nişanlı avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb. 

Abbas
BAKU.WS