Tanınmış vayner Hüseyn Əzizoğlunun idarə etdi “NİVA” markalı avtomobil diqqət çəkib.

Belə ki, bu yaxınlarda avtomobilinin nömərsini dəyişən vayner avtomobilə etdiyi konstruksiya dəyişikliklərini bir az da artırıb. Xüsusilə qadağan olunmuş ksenon işıqlar, bu avtomobil üçün nəzərdə tutulmamış fara və əlavə stoplar eyni zamanda 25%-lik plyonka, salonda səsgücləndirici və bir neçə digər avadanlıqlar olan avtomobil qanunda nəzərdə tutulmuş qaydaları tamamilə pozur.

Cəmiyyətə hər zaman sosialyönümlü mesajlar verən vayner görəsən niyə özü qaydalara əməl etmək istəmir? Axı onun minlərlə izləyicisi və onu özünə örnək götetmək istəyən gənclər ola bilər. İnsanlara verilən sosial mesajlar hara, bu cür qayda pozmaq hara? Onun bu cür davranışı belə təəssürat yaradır ki, yol polisi Hüseynə güzəşt edir. O zaman digər avtomobil həvəskarları bizə sual ünvanlayır - Qanun hamı üçün deyil?

Avtosfer.az avtomobilin fotolarını və videolarını təqdim edir. Özünüz baxıb qiymət verin.

BAKU.WS