VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hər birimiz dəfələrlə Dövlət Yol Polisi tərəfindən avtomobillərin əlavə avadanlıqlar quraşdırılması adı altında evakuator vasitəsi ilə cərimə meydançasına aparılmasının və külli miqdarda cərimə olunduğunun şahidi olmuşuq.
 
BAKU.WS primetime.az-a istinadən xəbər verir ki, bu həqiqətən qanunun tələbidir və ona əməl olunmalıdır. Çünki, İXM-nin 96.1.5. maddəsi göstərir ki, nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda qanun pozuntusu sayılır. Bir çox hallarda hətta zavod istehsalı olan bamperlərin, diffuzor, kənar güzgülərin və sair hissələrinin də qanun pozuntusu hesab olunduğunu da bilirik. "Niva" maşınlarına DYP-nin xüsusi diqqətini isə hamı bilir. Bunu "Niva" sürücüləri təsdiqləyə bilərlər. Ancaq nəyə görəsə bütün normativlərin pozulması ilə əlavə avadanlıqlar quraşdırılmış (arxa və ön işıqlar, pərdə, maşına quraşdılmış qalxac və s.) fotoda olan bu "Niva"lar 10 PP 501, 20 BO 011, 99 AX 921, maşınları bütün şəhərdə məşhur olsa da ona qarşı tədbir görən yoxdur.
 
Məsələ ilə bağlı "Digesta" Hüquq Firmasının rəhbəri, ekspert Ərşad Hüseynovla əlaqə saxladıq. O, "Son zamanlar "Niva"ların avtokonsrtuksiyalarında dəyişikliklər olur, bunlar qanunvericiliyə zidd sayılmır?" sualımıza belə cavab verdi: "Məsələ belədir. İstənilən avtomobil markasından asılı olmayaraq beynəlxalq standartlara uyğun olmalıdır. Azərbaycanda bəzi milli standartlar var. Hazırda ölkəmiz beynəlxalq bir konvensiyaya qoşulub, o qaydalara görə Avropa İqtisadi Komissiyası bütün dünya üçün avtomobillərin bütün detalları, aqreqatları, hissələri ilə bağlı standartlar hazırlayıb. 200-ə yaxın standart var. Biz bunların hamısını tanıyıb, onları icra edəcəyik. Standartları pozmamaq şərtilə avtomobildə istənilən dəyişiklik və konstruskiya dəyişikliyi etməyə icazə var. Ancaq bu dəyişikliyi də yalnız standartlardan xəbəri olan insan etməlidir. Əks halda sürüclər xeyli problemlə üzləşəcəklər. Ümumi yanaşma belədir. "Niva"lara gəldikdə isə sovet maşınları da bu konvensiyanın müddəaları əsas götürülərək qaydalara uyğun istehsal edilir. Ona görə də hazırki durumla bağlı heç bir problem yoxdur. Bizim qanunvericiyədə əsasən yol polisi hər hansı bir maşında qayda pozuntusu müşahidə edərsə, cərimə etmək onun hüququdur. Məsələn, "Niva"nın qarşısında qırmızı işıq görən polis onu dərhal cərimə etməlidir, çünki standartlara əsasən "Niva" da yalnız sarı və ağ işıq ola bilər. Əgər sürücü bu standartları pozursa 150 manat cərimə olunur. Yaranmış problem yerindəcə həll edilə bilirsə maşın cərimə yoluna davam edir, yox əgər prosesin uzun çəkəcəyi müşahidə olunarsa, o zaman avtomobil cərimə meydançasına aparılır". Qeyd edək ki, qanunla avtomobilə əlavə avadanlıqların qoyulması inzibati məsuliyyət yaradır, avtomobil saxlanılaraq cərimə meydançasına aparılır, quraşdırılmış avadanlıqlar söküldükdən və cərimə ödənildikdən sonra buraxılır. 
 
BAKU.WS