SİZİN REKLAM BURADA!
055 213 76 73



Son 10 gün ərzində sayca ikinci şəhər təsərrüfat işçisinin yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi onlarında piyadalarla yanaşı yol qurbanları sıralarına sürətlə qoşulduğunu göstərir.

Qəzalarda ölən və yaralıların sayı - 2016
Qəzalarda ölən və yaralıların sayı - 2017


Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi əsasında yollarda təmizlik işləri aparanlar üçün hazırlanan xüsusi geyim formasının paylanılmasıda vəziyyəti dəyişmədi. Bu addımın məqsədi və məntiqi bəlli idi. Belə ki, geyimlərin üzərində düymə ilə idarə olunan sayrışan işıqlar və xüsüsi işıq qaytarıcıları sürücüyə imkan verir ki, axşam saatlarında yollarda təmizlik işi aparan təsərrüfat işçisini qabaqcadan görsün. Amma etiraf edək ki, gündüz saatlarında bu geyim əlavə üst geyimindən başqa heç bir funksiya daşımır. Magistral və əsas yollarda sürət həddi yüksək olduğundan isə yarana biləcək yol nəqliyyat hadisəsi zamanı sürücünün manevr etmək imkanı heçə enir. Fərqi yox gündüz və ya axşam saatlarında.

Qəzaların sayı Sutka vaxtı 2016
Qəzaların sayı Sutka vaxtı 2017


Bəs, yaranmış vəziyyətdən çıxış yolu nədir? Sumqayıtda şəhər yaşıllıq idarəsinin işçisi 35 yaşlı Vidadi Rəsulov və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamentinin fəhləsi 53 yaşlı Cəmilə Salahovanın aqibətini digər həmkarlarının təkrarlamaması üçün hansı addımlar atılmalıdır?

“Yüksək sürətli yollarda texnika işləməlidir”

Yol-nəqliyyat hərəkəti üzrə ekspertlərin qənaətinə görə, yüksək sürət həddi, intensiv hərəkət olan yollarda təmizlik, yaşıllıq və bu kimi abadlıq işləri texnika görməlidir. Ərşad Hüseynovun fikrincə, təsərrüfat işçisi yola çıxmamışdan əvvəl aid olduğu qurumun müvafiq işçiləri tərəfindən əmək təhlükəsizliyi qaydaları barədə təlimatlandırılmalıdır.

“Belə çıxır ki, texnika azdır da. Yüksək sürətli yollarda texnika işləməlidir. Onların özlərindən soruşmaq lazımdı ki, bu teknika var və ya yararlıdır mı. Bəlkə heç yararsızdı? Yalandan adı var, amma yararlı deyil. Yəni, texnikanın tətbiqini maksimum artırmaq və ona nail olmaq lazımdır ki, əl əməyi sıfıra yaxınlaşsın.”

“Əl əməyi istənilən halda lazımdır, texnika hər yerdə cəlb oluna bilmir”

Qanunvericilər də razılaşır ki, əmək təhlükəsizlik qaydalarına riayyət olunmalıdır.
Cəmilə Salahovanın ölümü ilə bağlı bildirdiyi münasibəti birmənalı qarşılanmayan millət vəkili Musa Quliyevin sözlərinə görə, aidiyyati qurumlar lazimi işlər görməli idi: təhlükəsiz iş şəraiti yaratmalı, müvafiq təlimatlar keçməli idi. Bununla belə, qanunverici əmindir ki, insan əməyini yollarda azaltmaq üçün ayrıca qanun qəbul etməyə gərək yoxdur.

“Məncə bu qanun məsələsi deyil. İcra hakimiyyətin orqanları öz qərarlarını verməlidir, harada texnika işləməli, harada isə insan əməyindən istifadə olunmalıdır. Qanunvericilik belə məsələlərə baxmır. Qanun ümumi normaları müəyyənləşdirir. Yerli şəraitə uyğun olaraq, texnikanın imkanlarına uyğun olaraq yerli qurumları öz qərarlarını verməlidir.”

“Əlavə texnikanın alınması üçün büdcədən vəsait ayrılmalıdır”

Qeyri-hökümət təşkilatların fikrincə, paytaxtın məhəllələrarası yollarında insan əməyi, magistral və avtobam yolların təhlükəli yerlərində isə uzaqdan görünən sayrışan işıqlı texnika işlədilməlidir. “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənovun sözlərinə görə, Bakı bulvarı və mərkəzi küçələrdə iştəyən texnikanın sayı azdır.

“Əlavə texnikanın alınması üçün büdcədən vəsait ayrılmalıdır. Bakı şəhər İcra hakimiyyəti, maliyyə nazirliyi, iqtisadi inkişaf nazirliyi bu prosesə cəlb olunmalıdır. Paytaxtın hər bir rayonuna ən azı 4-5 bu tipli texnka ayrılmalıdır. Bu şərtnən bu haradasa 50 maşın edir.“

“Streetcleaner” və ya “streetsweeper” yəni “küçə təmizləyən”, “küçə süpürən” adlı bu texnikanın qiyməti model, istehsal olunan ölkə və il, mühərrikin həcmi və digər parametrlərdən aslı olaraq dəyişir.


Təhlükəli iş görmələrinə baxmayaraq, süpürgəçilərin aldıqları maaş 250 manat civarındadır. İnfoqrafikadan göründüyü kimi, ən ucuz, istifadə edilmiş, Belarus istehsalı olan texnikanın əvəzinə azı 120 süpürgəçi, ən bahalı texnikanın əvəzinə isə - azı 1000 süpürgəçini yollara çıxarmaq olar. Bəli, təmizləyici texnikanın dəyəri ucuz olmaya bilər Onu almalı olan Bakı şəhər İcra hakimiyyətin müvafiq strukturları qənaət etməyə can atmağıda məntiqə sığa bilər. Amma heç bir texnikanın dəyəri insan həyatının dəyəri ilə müqayisə oluna bilməz.

İsmayıl Fətəliyev
Video, Foto: Faiq Əliyev
BAKU.WS