Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT
Yeniliklərdən dərhal xəbərdar olun
31 yaşlı qadın küçənin ortasında bıçaqla qətlə yetirilib.
BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, hadisə Gəncənin Gülüstan qəsəbəsində - İsrafil bəy Yadigarzadə küçəsində baş verib. Şəhər sakini, 31 yaşlı Ayşən Sadıxova küçənin ortasında övladı ilə birgə gedərkən çoxsaylı bıçaq zərbələrinə məruz qalıb.
Yaxınlarının sözlərinə görə, ailə kişinin başqa qadınla qeyri-rəsmi əlaqələrinə görə dağılıb. Ancaq keçmiş əri ayrılmalarına baxmayaraq, uzun müddətdir ki, Ayşən Sadıxovanı izləyir və təhdid edirmiş.
3 uşaq anası olan 31 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 42 yaşlı Ramin Alıyev saxlanılıb. Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Ətraflı videomateriada:
Oxşar xəbərlər
Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də UNESCO-nun baş direktorunun müavini Asa Regner ilə görüşüb. BAKU.WS AZƏRTAC-a istinadən xə...