Mərhum prezident Heydər Əliyevin qızı, prezident İlham Əliyevin bacısı Sevil Əliyeva ilə xalq artisti Aygün Kazımovanın mehriban görüntüləri ortaya çıxıb.

BAKU.WS-in məlumatına görə, Ajda Pekkanın Bakıdakı konsertindən sonra baş tutan tədbirdə tanınmış şəxslər bir araya gəlib.

Aygün Kazımovanın Sevil Əliyeva ilə görüşü isə diqqətlərdən qaçmayıb. Sevil Əliyevanın xalq artistinə olan səmimi münasibəti ətrafdakıların marağına səbəb olub. Görüntülər Instagram-da "Show news" səhifəsində paylaşılıb. 

Qeyd edək ki, türk musiqisinin divası Ajda Pekkan Bakıda konsert verib. Müğənni Bakıya "Nargis magazine" jurnalının 5 yaşı münasibəti ilə səfər edib.

Türkiyə musiqisinin əfsanəsi Heydər Əliyev adına Sarayda sevənləri üçün mahnılarını ifa edib. Ajda Pekkanın konsertinə çox sayda məşhurlar qatılıb. Böyük marağa səbəb olan konsertdə müğənni sevilən mahnıları ilə yanaşı Azərbaycan mahnıları da ifa edib. Xüsusilə, "Ana" mahnısı tamaşaçıların ürəyini oxşayıb.  

Nazim
BAKU.WS