VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xoşqədəm Baxşəliyeva "Səni axtarıram" verilişində onu ittiham edənlərə cavab verib.

BAKU.WS-in məlumatına görə, aparıcı əvvəlcə, anası tərəfindən 20 il zəncirdə saxlanılan gənc barədə danışıb. O bildirib ki, gecə ilə gənc oğlanı dispanserdən qaçırıblar: "Etik baxımdan həmin şəxslərin adlarını açıqlamırıq. Ancaq hər şeydən xəbərim var".

Aparıcı daha sonra onu səhnəcik qurduğu ilə bağlı ittiham edənlərə cavab verib: "Mən Hollivud filmləri çəkmirəm. Mənə məlumat gəlib və gedib bunu çəkmişik. Bu cür hadisələri qonum-qonşu deməlidir. Yerli icra orqanlar bilmir kimi hara bağlayıblar. Belə hadisələri ictimailəşdirmək lazımdır. Mənə etibar edib məlumat veriblər. Mən də bu məsələni qaldırdım".

Nazim
BAKU.WS