Nazirlik maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb - FOTO/VİDEO

Nazirlik maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb - FOTO/VİDEO
Foto Video
Video 45

Şəmkir rayonu, Ağ Dağlar yolunun yaxınlığında fəaliyyət göstərən, fərdi sahibkar Əliyev Nəriman Yalçın oğluna məxsus maye qazdoldurma məntəqəsinin istismarı təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün dayandırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN əməkdaşlarının keçirdiyi yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Bildirilib ki, maye qazdoldurma məntəqəsində istismar olunan iki ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - FOTO/VİDEO

Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Tovuzda qazdoldurma məntəqəsinin istismarını da...

28 Video 10:33 14 may 2024

Son xəbərlər