Politoloq: Ermənistandakı etirazlarda keçmiş hakimiyyətlə əlaqəli bir qrup şəxs iştirak edir - VİDEO
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın təşkil etdiyi etiraz aksiyalarında ölkənin keçmiş hakimiyyət orqanları ilə əlaqəsi olan bir qrup şəxs də iştirak edir.
Bu barədə "Respublika naminə" partiyasının üzvü, Ermənistan Demokratiya və Təhlükəsizlik Mərkəzinin direktoru, politoloq Arnold Bleyan "Baku TV"yə müsahibəsində deyib.
"Keçmiş hakimiyyətə bağlı olan qüvvələr müəyyən siyasi fayda əldə etmək istəyirlər”, - Bleyan bildirib.
Onun sözlərinə görə, eyni qüvvələr 2021-ci ildə Ermənistanda analoji aksiyalar təşkil etməyə cəhd ediblər.
Siyasətçi hesab edir ki, Azərbaycanla Ermənistan arasında münaqişənin həllindən faydalananlar müstəsna olaraq iki ölkənin xalqlarıdır:
“Arxiyepiskop Baqratın, daha doğrusu, siyasi xadim Vazgen Qalstanyanın azsaylı mitinqləri onu deməyə əsas verir ki, Ermənistan vətəndaşları ölkənin müstəqilliyinə və suverenliyinə xələl gətirəcək fiqurları rədd edir və edəcəklər”.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...