SİZİN REKLAM BURADA!
055 213 76 73


Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən üçmərtəbəli bina sökülür. Amma sakinlərin bəziləri ərazidə yeni bina tikəcək şirkətlə razılığa gələ bilmədiklərini iddia edirlər.

BAKU.WS-in Xezerxeber.az-a istinadən məlumatına görə, sakinlər deyirlər ki, şirkət onları söküntüyə razılıq vermədiklərinə görə məhkəməyə verib.

Tikinti korporativinin hüquqşünası isə bildirib ki, sakinlərin iddiaları əsassızdır. Digər sakinlərin hamısı razılaşaraq köçüblər. Sadəcə bir neçə ailə evləri üçün fantastik məbləğ tələb edir və mənzillərdən çıxmamaqla digər sakinlərin də hüquqlarını pozurlar.

O da bildirildi ki, ilkin olaraq 130 sakinin köçürülməsi planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

BAKU.WS
VİDEO