Bakıda daha bir bina sökülür - VİDEO
Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən üçmərtəbəli bina sökülür. Amma sakinlərin bəziləri ərazidə yeni bina tikəcək şirkətlə razılığa gələ bilmədiklərini iddia edirlər.
BAKU.WS-in Xezerxeber.az-a istinadən məlumatına görə, sakinlər deyirlər ki, şirkət onları söküntüyə razılıq vermədiklərinə görə məhkəməyə verib.
Tikinti korporativinin hüquqşünası isə bildirib ki, sakinlərin iddiaları əsassızdır. Digər sakinlərin hamısı razılaşaraq köçüblər. Sadəcə bir neçə ailə evləri üçün fantastik məbləğ tələb edir və mənzillərdən çıxmamaqla digər sakinlərin də hüquqlarını pozurlar.
O da bildirildi ki, ilkin olaraq 130 sakinin köçürülməsi planlaşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...