SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib.
 
“Bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Ulu öndərin “Mən həyatımın mənasını xalqıma xidmətdə görürəm. Azərbaycan mənim həyatımın mənasıdır” fikirləri Vətənə olan sevginin, xalqa bağlılığın və mənəvi dəyərlərə sadiqliyin ali səviyyədə bəyanı idi”, - deyə nazir qeyd edib.
 
O bildirib ki, ümummilli liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun mütərəqqi ideyaları, müdrik siyasəti və zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq.
BAKU.WS
VİDEO