Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol meydançasında qarşılaşıblar
Azərbaycan və Türkiyənin futbol komandaları qarşı-qarşıya gəliblər. Lakin bu oyun digərlərindən xeyli fərqlənib. Çünki qarşılaşmada peşəkar futbolçular deyil, yaradıcı şəxslər - incəsənət nümayəndələri iştirak ediblər.
Həm Azərbaycan, həm də Türkiyə komandası aktyorlar, bloqerlər, eləcə də keçmiş fubolçulardan təşkil olunub.
"İki aydan çoxdur ki, təlim-məşqlərə başlamışıq, ciddi şəkildə hazırlaşmışıq. Əsas məqsədimiz xeyriyyədir, buradan toplanan bütün vəsait kimsəsiz uşaqlara yardım üçün onlara təqdim olunacaq. Burada önəmli olan qalib gəlmək deyil. Əsas məqsədimiz kimsəsiz uşaqlara kömək etməkdir", - Azərbaycan komandasının məşqçisi Elhad Nəziri Baku TV-yə bildirib.
Qeyd edək ki, oyun Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
DÇ-2026-da oynamayacaq ulduz futbolçular – Siyahıda 17 məşhur ad var
2026-cı il dünya çempionatında bir sıra məşhur futbolçular iştirak etməyəcək. BAKU.WS xəbər verir ki, bəziləri zədə səbəbindən heyətdən kənarda qalsa da, bir ç...