Doqquzuncu sinif şagirdlərinin nəzərinə - Qeydiyyat başlanır
2026-2027-ci tədris ili üzrə "Rəqəmsal bacarıqlar" təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat başlayır.
BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, "Rəqəmsal bacarıqlar" təmayüllü siniflər şagirdlərin nəzəri biliklərini daha da dərinləşdirməklə yanaşı, onların praktik tətbiq bacarıqlarını inkişaf etdirir, informasiya texnologiyaları sahəsində ixtisaslaşmasına və əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqların formalaşmasına şərait yaradır.
Qeydiyyat aprelin 30-dək davam edəcək.
Qeydiyyat digitalskills.edu.az platforması üzərindən aparılır.
Oxşar xəbərlər
Paris-2024 medalları yenilənib: MOK-da təqdimat mərasimi keçiriləcək
Sabah Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları - taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi...