Sürüşmə təhlükəsi yaranan Bibiheybət yolunda SON VƏZİYYƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.
BAKU.WS xəbər verir ki, Oxu.Az ərazidən son görüntüləri təqdim edir:
*** 17:53
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə yaranmış torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar sözügedən ərazidə olub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, nazir ərazidə yaranmış vəziyyətlə yerində tanış olub, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli və digər müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb.
Həmçinin atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...