SİZİN REKLAM BURADA!
055 213 76 73


Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının təsdiq etdiyi döyüş hazırlığı planına əsasən HDQ-nin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıbz

Məlumata görə, 600 və 1200 metr hündürlükdən çətinləşdirilmiş paraşüt tullanışları Dəniz xüsusi təyinatlıları tərəfindən uğurla yerinə yetirilib.
Bundan başqa, helikopterlərdən müxtəlif üsullarla enmə tapşırıqları da icra edilib.

Keçirilən məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək və ekstremal şəraitlərdə döyüş tapşırıqlarının icrası üzrə praktiki vərdişlərini təkmilləşdirməkdir.

BAKU.WS
VİDEO