VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ”a 7-1 hesabı ilə məğlub olan “Kəpəz”in oyunçuları matçdan əvvəl stadionun önündəki dönərxanadan dönər yeyiblər.

BAKU.WS xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, oyundan əvvəl "Kəpəz" təmsilçiləri dönər növbəsinə dayanıblar. 

Qeyd edək ki, noyabrın 4-ü Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın qollarını 2, 15 və 43-cü dəqiqələrdə Yassin Benzia, 13-cü və 51-ci dəqiqədə Leandro Andrade, 37-ci dəqiqədə Olavio Juninyo, 63-cü dəqiqədə Nəriman Axundzadə vurub. Qonaqların heyətində isə 18-ci dəqiqədə Adama Niane fərqlənib.

BAKU.WS
VİDEO