20 min manatlıq mebel 60 minə satıldı - Space Tv-də şok araşdırma (VİDEO)
18
apr
2018
13:15
Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində daha bir maraqlı faktın üstü açılıb.Amil Xəlilin təqdimatında yayımlanan verilişdə mebellərdən danışılıb. Aparıcıyerli istehsalı xarici istehsalı adı altında satıldığını qeyd edərək hər kəsi diqqətli olmağa çağırıb. Mağazaların nə üçün fakturları gizlətməsindən də söz açan Amil Xəlil bir neçə mebel salonlarına da üz tutub. Məqsəd bir alıcıya fakturanın göstərilib göstərilməməsini öyrənmək olub. Təssüff ki, əksər mağazalar faktura göstərə bilməyib. Verilişdə iştirak edən Qurban adlı şəxs də yaxın günlərdə 60 min manata satılan mebelin real qiymətinin 20 min manata olmasını sübut edib və həmin mağazanı məhkəməyə verib. Onun sözlərinə görə insanlar mebel alarkən anlayışı olan ustalarla mağazaya getmələri vacibdir. Əks halda mağazanın ustası onları rahat şəkildə aldada bilər. Bundan başqa ikinci əl mebellərində baha qiymətə satıldığı verilişdə qeyd edilib.Xatırladaq ki, veriliş həftə içi hər gün saat 19:55 də Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır.BAKU.WS
Oxşar xəbərlər
Konservləşdirilmiş qidaların böyük təhlükəsi - ŞOK ARAŞDIRMA (VİDEO)
“Space” Tv-də yayımlanan "Olar? Olmaz!" verilişinin aparıcısı daha bir maraqlı faktın üstün açıb.Aparıcı Amil Xəlil konsevrləşdirilmiş qidaların aylarla qalması...