Bakıda mağazalarda kobud qayda pozuntusu: "Alınan mal geri qaytarılmır!" (VİDEO)
27
mar
2018
16:00
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!" verilişində hər zaman olduğu kimi bu dəfə də, olduqca əhəmiyyətli mövzu araşdırılıb.Verilişdə mağazalarda yazılan "Alınan mal geri qaytarılmır!" başlıqlı cümlələrin böyük səhv olduğunu qeyd edilib. Qanun pozan sahibkarlar sərt tənqid edilib. Aparıcı isə onları "harınlamış sahibkarlar!" adlandırıb.Ekspert Eyyub Hüseynov da məsələnin ciddiliyindən söz açıb. Hətta alıcıların kobud şəkildə hüquqlarını pozan mağazalara da xəbərdarlıq edib. Ocür insanları qanun pozan işbaz adlandırıb.Qeyd edək ki, Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!" verilişinin "alınan mal geri qaytarılır!" başlıqlı verilişi bu axşam da davam edəcək. Aparıcı bir çox mağazalara üz tutub. Digər tərəfdən mağazadan məhsul alan şəxs malı geri qaytarmaq istəyib. Təssüff ki, mağaza alıcının isteyini yerinə yetirməyib. Daha sonra müəmmalı şəkildə mal oğurlanır və oğrunu tapmaq "əmri" alıcıya həvalə edilir. Olduğca maraqlı anlar bu axşam saat 19-50 də Space Tv-də yaşanacaq. Mütləq izləyin.BAKU.WS
Oxşar xəbərlər
Bakının bazarlarında köhnə balıqlar satılır - Şok görüntülər (VİDEO)
Space Tv-nin maraqlı layihələrindən biri olan "Olar? Olmaz!" verilişində yenidən hər kəsi düşündürən görüntülər tamaşaçılara təqdim edilib. Araşdırmaçı jurnalis...