20 gün əvvəl təmtəraqlı toyu olan Nərmin: "Elnur məni tanımır, otağından qovur" - VİDEO
01
mar
2019
17:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Səni axtarıram" proqramı vasitəsilə təmtəraqlı toy məclisləri baş tutan Elnur və Nərmin cütlüyünün qara günləri başlayıb. BAKU.WS xəbər verir ki, illər öncə yaşadığı bədbəxt hadisə nəticəsində əlsiz-ayaqsız qalan Elnurun vəziyyəti yenidən pisləşib. Onu qollarının qalan hissəsinin kəsilmə təhlükəsi gözləyir. Bətnində Elnurun 4 aylıq körpəsini daşıyan Nərmin toydan sonra həyatlarının alt-üst olduğunu deyir: "Dedim, toy edirəm, bundan sonra həyatım yaxşı olacaq. Xoşbəxt olacam, üzüm güləcək. Əksinə toy bizə düşmədi. Xahiş edirəm, Xoşqədəm xanım, bizə hədiyyə gətirilən o qutunu buradan çıxarın. O qutunun içində cadu var. Vallah, özümüzə gələ bilmirik. Mənim yoldaşım xəstəxanalarda şaqqa-şaqqa doğranır. Dörd gündür küçələrdəyəm, gecəm-gündüzüm yoxdur. Zülm çəkirəm. Toydan sonra əvvəlki kimi deyib-gülmürük. Elnur məni tanımır, otağından qovur. Deyir sən kimsən? Bizə göz dəydi".Aysel BAKU.WS
Oxşar xəbərlər
Bakıda GÖRÜNMƏMİŞ toy - Xoşqədəm onların arzusunu reallaşdırdı (VİDEO+FOTO)
Xoşqədəm Hidayətqızı əli-ayağı olmayan şəxsə təmtəraqlı toy etdi.BAKU.WS xəbər verir ki, artıq evli olan Elnur və Nərmin cütlüyü "Səni axtarıram" proqramına mür...