SİZİN REKLAM BURADA!
055 213 76 73


Astarada su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gün Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən Astara Modul tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsinin intensiv yağışlar səbəbindən subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.

Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Qeyd edək ki, suçəkmə işlərinə FHN-in Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarından ümumilikdə 41 nəfərdən ibarət şəxsi heyət, 9 texnika, 5 motopompa və 3 nasos cəlb olunub.

BAKU.WS
VİDEO

QALEREYA