SİZİN REKLAM BURADA!
055 213 76 73


3 saylı Uşaq evindən həmin uşaq evində tərbiyə alan Məhəmməd Hacıyev tərəfindən sosial şəbəkədə səsləndirilən iddialarla bağlı uşaq evinin müdiri Məhbubə Hüseynovanın BAKU.WS-ə verdiyi məlumata görə Məhəmməd Hacıyevin uşaq evində guya yeməklə bağlı problemlərinin mövcüdluğuna dair səsləndirdiyi fikirlər tam əsassizdir.

Bildirilib ki, 2006-ci il təvəlludlu Məhəmməd Haciyev dəfələrlə uşaq evinin intizam qaydalarını kobud şəkildə pozmuş və ona dəfələrlə xəbərdarlıqlar edilmişdir.

Azyaşlının müəyyən psixiki problemləri olduğundan 2020-ci ildə Respublika psixiatriya xəstəxanasıhda (emosiya və davranışın pozuluşu diaqnozu ilə) müalicə olunmuşdur.

2018-ci ildə bir ailə tərəfindən övladlığa gotürülməyinə baxmayaraq 2020-ci ildə həmin ailə məhkəmə qaydasında ondan imtina etmişdir. İmtinaya səbəb Məhəmməd Hacıyevin ailə daxilində özünü apara bilməməsi və digər qanunazidd əməllər törətməsi olmuşdur. Həmçinin 2021-ci ildə doğma qardaşı onu uşaq evindən götürərək öz evinə aparıb və bir müddətdən sonra eyni səbəblərdən uşaq evinə qaytarmışdır.

Məhəmməd Hacıyev martın 23-də ərazi üzrə polis əməkdaşları tərəfindən Respublika psixiatriya xəstəxanasına aparılaraq, ora təhvil verilmişdir.

***10:42

Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayət var.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Orada qalan uşaqlardan biri iddia edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:

“Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

O, qeyd edib ki, direktor onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb. 

BAKU.WS
VİDEO