VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Bir aydan çoxdur ki, mən övladımdan heç bir xəbər ala bilmirəm”.

BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Elvina Əhmədova bildirib.

Onun sözlərinə görə, o uşağı barədə məlumat ala bilməməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edib:

“Dəfələrlə ora gedib uşağımdan məlumat ala bilməməyimlə bağlı şikayət etmək istəsəm də, qeydə alınmadı. Heç kim kömək etmir, uşağımdan xəbər yoxdur. Balama görə getmədiyim polis idarəsi, hüquq-mühafizə orqanı qalmayıb. Gecəm-gündüzüm ağlamaqla keçir. Mənim həyatım da təhlükədədir. Yəqin ki, mənə nəsə olandan sonra hüquq-mühafizə orqanları cinayət işi açacaqlar”.

Xanımın vəkili Zibeydə Sadıqova isə bildirib ki, E.Əhmədova 7-ci Polis Bölməsinə gedib və uşağının öz atası tərəfindən qaçırılması ilə bağlı şikayət etmək istəyib:

“7-ci Polis Bölməsinin əməkdaşları onun şikayətini qeydə almayıb, hətta qadını bölmədən zorla çıxarıblar”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vəkilin şikayətçi xanımın polis bölməsindən zorla çıxarılması kimi iddiaları həqiqəti əks etdirmir:

“Belə ki, həmin şikayətçi xanım müraciəti ilə əlaqədar Polis Bölməsinə dəvət olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq ərizəsi, izahatı alınıb. Atası tərəfindən qaçırıldığı bildirilən uşaq deyil, bu, 23 yaşlı ailəli xanımdır. O, bir neçə dəfə Bakı şəhərinə gələrək evə qayıtmayacağını bildirib.

Ona görə də bu il fevral ayının 24-də atası, həyat yoldaşı və qayınanası onu Binəqədi rayonu ərazisində taparaq avtomobilə otuzdurub evlərinə aparıblar. Bundan sonra xanım polis bölməsinə müraciət edərək atası tərəfindən qaçırıldığını bildirib. Hazırda məsələ ilə əlaqədar müvafiq araşdırmalar aparılır”.

Qeyd edək ki, bir müddət əvvəl Bakıda qadın zorla maşına mindirilərək qaçırılıb. Qadını boşanma fikrindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar.

BAKU.WS
VİDEO