FOX TV: "Bakıda da zəlzələ olacaq" - Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirdi - VİDEO

FOX TV: Bakıda da zəlzələ olacaq - Seysmoloji Xidmət Mərkəzi məsələyə aydınlıq gətirdi - VİDEO
Video
Video 14069

"Bakıdan Kiprə qədər tektonik yerdəyişmələr olacaq".

BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyədə "FOX TV" telekanalına açıqlama verən geofizik Tuncay Taymaz deyib.

O, Türkiyədə baş verən zəlzələləri təhlil edən zaman paytaxtımızda da zəlzələ baş verə biləcəyini vurğulayıb.

Bu iddiaların nə dərəcədə doğru olub-olmamasını öyrənmək üçün Respublika Seysmoloji Xidmət Mərkəzi ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, səsləndirilən iddiaların heç bir elmi əsası yoxdur:

"Geofizikin bu fikirləri nəyə əsaslanıb dediyi də məlum deyil".

Sözügedən videonu təqdim edirik:

Son xəbərlər