15 erməni əsgərinin yanaraq öldüyü "hərbi hissə" azərbaycanlının evi olub - FOTO/VİDEO

Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölümü ilə nəticələnən yanğının baş verdiyi “hərbi hissə” ilə bağlı maraqlı fakt ortaya çıxıb.
Azərbaycan Televiziyasının (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, ermənilərin hərbi hissə adlandırdığı tikili əslində 35 il əvvəl yurd yerlərimizdən qovulan Basarkeçər rayonundakı Peşə məktəbinin müəllimi Kamandar Həsənovun evi olub.
“AZTV Xəbər”in komandası 35 ildir ki, evlərindən kazarma kimi istifadə edilən ailə ilə görüşüb, həmsöhbət olub. Vətən həsrəti ilə dünyadan nakam köçən Kamandar Həsənovun oğlu deyib ki, evlərini kadrlarda görən kimi tanıyıb.
Daha ətraflı reportajda tanış ola bilərsiniz:
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
