SİZİN REKLAM BURADA!
055 213 76 73


Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı videomüsahibə təqdim edib.

BAKU.WS xəbər verir ki, ənənəvi cümə podkastının qonağı bu dəfə psixoterapevt Şəfa Cavadova olub.

Aparıcı ilə söhbətində o, müxtəlif - depressiya, məişət zorakılığı, uşaqların qadcetlərdən asılılığı, həmçinin əlaçı olmaq sindromu və nevrozla bağlı mövzulara toxunub.

Mütəxəssis, həmçinin psixoloq, psixiatr, nevropatoloq və psixoterapevtlər arasındakı fərq, pasiyentlərin ən çox nə ilə bağlı müraciət etdikləri, bütün problemlərin uşaqlıqda yaranıb-yaranmadığı, kişilərin psixoloqlara müraciət edib-etmədiklərindən də bəhs edib.

Bundan başqa, Ş.Cavadova məktəbdə psixologiya fənninin tədrisinin zəruriliyindən, eqoizmin nə ifadə etməsindən danışıb və iki uşağın qadın tərəfindən törədilən qalmaqallı qətlinə də münasibət bildirib.

BAKU.WS
VİDEO