SİZİN REKLAM BURADA!
055 213 76 73


Görmə imkanları məhdud vətəndaşların rahatlığı üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanılacaq. Səsləndirilmə nəğdsiz ödəniş sistemi ilə işləyən, həmçinin müvafiq texniki imkanları olan avtobuslarda müəyyən mərhələlərlə həyata keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Qurum rəsmisi "ATV səhər"ə açıqlaması zamanı digər yeniliklərdən də danışıb:

"Görmə imkanları məhdud vətəndaşlarımızın nəqliyyatla səyahətini daha da asanlaşdırmaq üçün avtobuslarda dayanacaqların səsləndirilməsinə başlanılıb. “BakuBus” avtobusları istismara verilən zaman bu səsləndirmələr var idi. Sadəcə pandemiya zamanı ortaya çıxan bəzi məsələlərə görə bu sistem müvəqqəti olaraq dayandırılmışdı.

O cümlədən, 25 ədəd yeni, müasir avtobuslar da gətirilmişdir. Bunların 15-i “202” nömrəli marşrut xətti üzrə buraxılıb. Bu da Biləcəri istiqamətində insanların gediş-gəlişini xeyli asanlaşdırıb.

Digər 10 avtobus isə Binəqədi rayonu və Gənclik metrostansiyası istiqamətində istismara buraxılacaq".

Ətraflı videoda:

BAKU.WS
VİDEO