SİZİN REKLAM BURADA!
055 213 76 73


Xətai rayonu Mehmandarov küçəsi 22a binasında yaşayanlar üfunət iyindən təngə gəliblər.

BAKU.WS xəbər verir ki, "ATV səhər"in həmin binaya üz tutan əməkdaşları bu acınacaqlı vəziyyəti izləyicilərə təqdim edib. Sakinlərin sözlərinə görə, qışın günündə ağcaqanaq əlindən dayana bilmirlər:

“Padvalımız su içindədir. Öz hesabımıza 800-850 manat pul toplamışıq, turbaları dəyişmişik. Amma yenə də kanalizasiya çıxan turbalar köhnə olduğu üçün bu gündədir”.

“Yaşamaq mümkün deyil, rütubət, nəmişlik, siçovul”.

Məsələ ilə bağlı 94 №-li Mənzil Komunal İstismar Sahəsinə üz tutan ATV Səhər-in əməkdaşları yalnız mühasibatlıq əməkdaşlarından başqa heç kəsi tapa bilməyiblər.

Daha sonra Xətai RİH-nə üz tutan əməkdaşların sualına isə, şöbə müdiri Pənah İmanov cavab verib:

“Həmin məlumat bizə də daxil oldu, dərhal reaksiya verdik. Texnika cəlb edildi və normal hala gətirildi”.

Ətraflı video görüntüdə:

BAKU.WS
VİDEO